Rita

Aşıq sənətinin inciləri "Rekordlar" kitabına salınmalıdır

 

      Olaylar" qəzeti Aşıqlar Birliyi ilə birgə aşıq  sənətində olan ədəbi incilərimizin UNESKO-nun Mədəni İrsin Qorunması siyahısına Ginnesin  "Rekordlar"  kitabına salınmasına nail  olunması məqsədilə dünən Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib. Bu məqsədlə təşəbbüskarlar UNESKO-nun Azərbaycandakı xoşməramlı  səfiri  Mehriban  Əliyevaya müraciət  ediblər. Aşıqlar Birliyinin sədri Zümrüd xanım bildirib ki, aşıq sənətinin gənclər arasında sevilməsi məqsədilə bir çox tədbirlər keçiriblər. Bu yaxınlarda gənc aşıqların müsabiqəsinin keçirilməsi planlaşdırılır.

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz vurğulayıb ki, aşıq sənətinin gənclər tərəfindən sevilməməsində KİV-in rolu böyükdür. Belə ki, televiziya qəzetlərdə aşıq sənətinin təbliği getmir.

 

İmpuls.- 2006.- 30 iyun.- S. 2.